Rusiya üçün KTMT və Avrasiya İqtisadi Birliyi NATO və Avropa İttifaqı ilə mübarizədə əsas platformalardan sayılır.
24-05-2023, 23:17
Nikol Paşinyan və onun nazirləri hər dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid etməklə Rusiyanın maraqlarına zərbə vururlar. İrəvan təşkilatı Ermənistanı qorumadığına görə tənqid etsə də, bu KTMT-nin ümumi imicinə kölgə salır. Bu səbəbdən Kreml Paşinyanın və erməni nazirlərin KTMT-ni tənqidlərinə sərt reaksiya verir. Kreml Ukraynada işğalçı müharibə fonunda NATO ilə də mübarizəsini davam etdirir və Rusiya üçün belə bir ağır durumda KTMT üzvlərindən birinin təşkilatın yararsız olduğunu daima vurğulaması arxadan vurulan zərbə kimi qiymətləndirilir. Halbuki, Rusiya üçün KTMT və Avrasiya İqtisadi Birliyi NATO və Avropa İttifaqı ilə mübarizədə əsas platformalardan sayılır. Paşinyanın “Ermənistan KTMT-ni tərk edə bilər” mesajı Qərblə yanaşı Azərbaycanın da maraqlarına uyğundur. Bölgəmiz nə qədər tez Rusiyanın təsirindən qurtulsa, bir o qədər Azərbaycan, Ermənistan və Gürcüstan üçün faydalı olacaq. Elxan Şahinoğlu Teref.az