Azərbaycanın “qara siyahı”sı: “Orada adları olanlar...” – Ermənilərdən iddia

8-06-2023, 20:23           
Azərbaycanın “qara siyahı”sı:
Azərbaycan öz “qara siyahı”sında adları olan şəxsləri Laçın yolundakı sərhəd-buraxılış məntəqəsindən buraxmır.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“Azərbaycanlıların keçid məntəqəsindən keçənləri müəyyən etdiyi barədə məlumat var. Həmin məlumata görə, Azərbaycan tərəfinin xüsusi “qara siyahı”sı var ki, bu siyahıya təkcə Ermənistanın ictimai-siyasi sektorunun nümayəndələri və yüksək rütbəli hərbçiləri deyil, həm də hüquq-mühafizə sistemində çalışan şəxslər daxildir”, - məlumatda deyilir.

“Past” bunun Xankəndidəki separatçı rejimin nümayəndələrinə də şamil olunduğunu bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru