Papa Kirili Moskva hava limanında görüşə dəvət edib

24-07-2023, 00:10           
Papa Kirili Moskva hava limanında görüşə dəvət edib
Roma Papası Patriarx Kirili Moskva hava limanında görüşə dəvət edib.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, katolik liderin təyyarəsi Monqolustana gedən yolda yanacaq doldurmaq üçün Moskvada yerə enməlidir.

Papa fürsətdən istifadə edərək pravoslav kilsə başçısı ilə görüşmək istəyir.

Papa ilə Patriarx arasında ilk görüş 2016-cı ildə Havanada, hava limanında baş tutub. Ona görə də indi analoji görüşün keçirilməsi məqsədəuyğun sayılıb.

Belə bir görüş avqustun 31-də Papanın Monqolustana səfəri zamanı və ya sentyabrın 4-də geri qayıdarkən baş tuta bilərdi.

Hələlik Patriarx Kirilin cavabı məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru