100 ildən çox davam edən qadağadan sonra Parisdəki Sena çayında vətəndaşların çimməyinə icazə verilib.
Oxu.Az bu barədə BBC agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, Paris-2024 Oyunları zamanı triatlon, paratriatlon və açıq suda üzgüçülük yarışlarının Sena çayında keçirilməsinə icazə verilsə də, sıravi insanlar çaydan istifadə edə bilmirdilər.
Məlumat üçün əlavə edək ki, Sena çayında 1923-cü ildən bəri çimmək qadağan edilmişdi.