"Ayı" və "Əjdaha"nın ittifaqı: Qərbin qorxusu...

6-07-2025, 12:26           
"Ayı" və "Əjdaha"nın ittifaqı:
Rusiya və Çin ittifaqı 21-ci əsrdə demokratik dünya üçün ən böyük təhdid kimi görünür. Lakin hələlik Moskva ilə Pekin arasında ortaq fəaliyyətlərdən daha çox ortaq ritorika var.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

Nəşr qeyd edir ki, Qərb – xüsusilə də Avropa üçün qaydalara əsaslanan və mövcud status-kvonu qoruyan müasir dünya nizamını saxlamaq son dərəcə vacibdir. Lakin Pekin və Moskvanın baxış bucağından hər şey bir qədər fərqli görünür. Son illər ərzində həm Putin, həm də Si Szinpin Qərbi onların yüksəlişinə mane olmağa cəhd etməkdə dəfələrlə ittiham ediblər.

Bildirilir ki, Çin bu ittihamlarında tez-tez 19-cu və 20-ci əsrin əvvəllərindəki hadisələrə istinad edir – həmin dövrdə Çin “yarı-müstəmləkəçi” vəziyyətinə salınmışdı. Kreml isə, öz növbəsində, məhz bu arqumentlərlə Ukraynaya qarşı işğalçı müharibəsini əsaslandırır. Halbuki keçmişdə məhz Rusiya da Çin üzərində hökmranlıq edən dövlətlərdən biri olmuşdu.
Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru