ABŞ-ın Rusiyanı zəiflətmək planı tamamilə iflasa uğrayıb - Ekspert

14-08-2023, 12:04           
ABŞ-ın Rusiyanı zəiflətmək planı tamamilə iflasa uğrayıb - Ekspert
Dau Lanszyan bidlirib ki, indi Zelenski və onun administrasiyası artıq geri dönə bilmir, ona görə də narahatlıqdan özlərinə yer tapmırlar.
ABŞ-ın Ukraynada silahlı münaqişə vasitəsilə Rusiyanı zəiflətmək planı tamamilə iflasa uğrayıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücumunu şərh edən Çinin “Guancha” xəbər saytının köşə yazarı Dau Lanszyan bildirib.
“İndi Zelenski və onun administrasiyası artıq geri dönə bilmir, ona görə də narahatlıqdan özlərinə yer tapmırlar”, - köşə yazarı qeyd edib.
Dau Lanszyan vurğulayıb ki, Ukrayna ordusu ağır texnikanın ciddi itkiləri qarşısında davamlı olaraq piyada qoşunlarını düşmənə basqın etməyə göndərib, lakin böyük canlı qüvvə itkisindən başqa heç nəyə nail ola bilməyib. Təhlilçinin fikrincə, bu, Ukrayna Silahlı Qüvvələrinin irəliləməsinə xeyli mane olub.
“ABŞ-ın Moskvanın hərbi gücünü Kiyevin əli ilə tükəndirmək strategiyası tamamilə iflasa uğrayıb”, - o bildirib.
Dau Lanszyan hesab edir ki, əks-hücum başlayandan bəri Ukrayna Silahlı Qüvvələri Qərb bölmələri də daxil olmaqla silah və texnikasının 20%-dən çoxunu itirib.
Bundan əvvəl ABŞ və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlara başlayıb.
Sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.