Zelenski əvvəllər cinayətkar adlandırdığı Paşinskiyə müraciət edib - NYT

14-08-2023, 11:24           
Zelenski əvvəllər cinayətkar adlandırdığı Paşinskiyə müraciət edib - NYT
Nəşrin məlumatına görə, Paşinski ilə əlaqəli şirkət Ukraynada ən böyük özəl silah tədarükçüsünə çevrilib.
Ukrayna Prezidenti Vladimir Zelenski əvvəllər cinayətkar adlandırdığı Sergey Paşinskiyə Ukrayna Silahlı Qüvvələrini döyüş sursatı və texnikası ilə təmin etmək xahişi ilə müraciət edib. Bu barədə "The New York Times" yazır.
Nəşrin məlumatına görə, Paşinski ilə əlaqəli şirkət Ukraynada ən böyük özəl silah tədarükçüsünə çevrilib.
“O, trans-Avropa vasitəçilər şəbəkəsi vasitəsilə qumbaraatan, artilleriya mərmiləri və raketlər alır və satır. 2022-ci ildə Ukrayna Zirehli Texnologiyaları, müharibədən əvvəlki ildəki ilə müqayisədə 350 milyon dollarlıq rekord satış olduğunu bildirib", - deyə nəşr yazır.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə sliah göndərilməsinin nəticələrini dərk etmirlər.
Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru