Corciya ştatında Trampın məhkəməsi canlı yayımlana bilər...

15-08-2023, 11:28           
Corciya ştatında Trampın məhkəməsi canlı yayımlana bilər...
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Corciya ştatının Fulton qraflığında baxılması gözlənilən yeni işi üzrə məhkəmə iclasları canlı yayımlana bilər...

Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

"Əgər Donald Tramp Corciya ştatının Fulton dairəsində ittiham olunarsa, bu, sabiq prezidentin məhkəmə zalında cinayət ittihamlarına cavab verməsi ilk dəfə olmayacaq. Amma bu dəfə bütün proses çox güman ki, canlı yayımlanacaq", deyə kanal qeyd edir.

Telekanalın məlumatına görə, Corciya əyalət qanunları kameraların hakimin icazəsi ilə məhkəmə proseslərinə buraxılmasını mümkün edir və bunun üçün media hakimə rəsmi müraciət etməlidir.

NBC News əlavə edir ki, müraciət etmək çox vaxt formallıq kimi qəbul edilir, çünki sorğular demək olar ki, həmişə təmin edilir. Bundan əlavə, Corciya ştatı ittiham aktlarının dərhal ictimaiyyətə açıqlanmasını tələb edir.

“Bu o deməkdir ki, əgər keçmiş prezidentə qarşı ittiham irəli sürülürsə və onun şəxsi məhkəməsi üçün Atlantaya getməsi tələb olunarsa, dünya çox güman ki, onu təqsirləndirilən şəxs kimi ilk dəfə kameralar qarşısında görəcək...”, deyə kanal qeyd edib.

Keçmiş prezident Donald Trampın komandası artıq tezliklə mümkün ittiham aktına hazırlaşır. Eks-prezidentin vəkillərinin CNN-ə verdiyi məlumata görə, Trampın komandası “müttəfiqlər” seçməyə, həmçinin gələcək ittihamlara əvvəlcədən yazılı cavablar hazırlamağa başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.