Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşündə Tiflisdən nə istəyə bilərik?

28-11-2023, 11:14           
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşündə Tiflisdən nə istəyə bilərik?
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşü ənənəvi üçtərəfli formatın davam etdirilməsi olsa da, İrəvana silah daşınmasında Tbilisinin tranzit olaraq istifadə edilməsi fonunda müəyyən gözləntilər yaradır.
İstisna deyil ki, Bakıda bu məsələ də müzakirə edilib, Gürcüstandan tranzit rolundan imtina etməsi, yaxud ən azı Ermənistanın hərbi gücünü artıra biləcək, eləcə də təhlükə yaradacaq hücum silahlarının keçidinə icazə verilməməsi istənilib.
Regional təhlükəsizlik məsələlərində Bakı və Ankara ilə müttəfiqlik edən Tbilisinin bunu qəbul edəcəyi mümkün görünür.
Fransanın Gürcüstan vasitəsilə Ermənistana göndərdiyi “Bastion” zirehli maşınları Azərbaycan üçün təhlükə yaratmır. Bu baxımdan, rəsmi Bakı Avropa İttifaqından müəyyən gözləntiləri olan Tbilisinin bu addımını anlayışla qarşılayıb. Lakin Ermənistanı silahlandırmağa davam edəcək Fransanın perspektivdə ağır hərbi texnikanı da Gürcüstan üzərindən keçirmək istəyəcəyi bəllidir. Bakı və Ankara Tbilisidən bunun olmamasını istəyir.
Asif Nerimanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru