Ermənistan Azərbaycana qarşı təzminat iddiası hazırlayır - AÇIQLAMA

28-11-2023, 11:11           
Ermənistan Azərbaycana qarşı təzminat iddiası hazırlayır - AÇIQLAMA
“Rəsmi İrəvan Avropa İnsan Hüquqları Məhkəməsinin "Kipr Türkiyəyə qarşı" işi üzrə 2014-cü ildə çıxardığı qərardan bəhrələnərək Azərbaycana qarşı AİHM-ə şikayət hazırlayır. Kipr AİHM-in sözügedən qərarı ilə Türkiyənin 90 milyon (kiprililərə dəyən mənəvi ziyana görə) ödəməsi üçün qərarın əldə edilməsinə nail olub. Bir qədər fərqli məsələlər olsa da, Ermənistan Azərərbayaca qarşı oxşar idda hazırlayır”.

Bunu Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bildirib.

O qeyd edib ki, Qarabağdan köçən erməni mənşəli şəxslərin fərdi qaydada verəcəyi iddalar da ayrı olacaq. Onlar əsasən, mülkiyyət hüququ və dəyən maddi və mənəvi ziyan məsələsini qoyacaqlar. Biz isə hələ də işğal olunmuş ərəzilərdə bizə dəyən ziyanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət hazırlayıb verə bilməmişik. Azərbaycan AİHM mexanizmindən daha səmərəli istifadə edə bilərdi. Hələ də gec deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru