Separatçı rejimin ləğvi ilə sülhə əngəl aradan qaldırılıb - Metyu Brayza

8-12-2023, 10:24           
Separatçı rejimin ləğvi ilə sülhə əngəl aradan qaldırılıb - Metyu Brayza
Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının çıxarılması və separatçı rejimin ləğv edilməsi ilə sülh müqaviləsinə gedən yolda sonuncu maneə aradan qaldırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza sosial şəbəkədə yazıb.
“Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın Qarabağ bölgəsində erməni qoşunlarının və separatçı siyasi hakimiyyətin sonu həm Ermənistanın Baş naziri Paşinyan, həm də Azərbaycan Prezidenti Əliyev tərəfindən sülh müqaviləsi qarşısında duran sonuncu maneəni aradan qaldırdı”, – diplomat qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.