HƏMAS Qəzzanın nizamlanmasına dair Misirin üçmərhələli planını rədd edib

30-12-2023, 09:24           
HƏMAS Qəzzanın nizamlanmasına dair Misirin üçmərhələli planını rədd edib
Fələstinin HƏMAS hərəkatı Misirin Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı üçmərhələli planını rədd edib.

Bu barədə İsrailin “Times of Israel” qəzeti Misir dövlət informasiya xidmətinin rəhbəri Diaa Rəşvana istinadən yazır.

“HƏMAS və Fələstin “İslami Cihad”ının bu planı rədd etdiklərii bildirilir”, - deyə nəşr bildirib.
Qeyd edək ki, bundan əvvəl Misir İsraillə Fələstinin HƏMAS qruplaşması arasında müharibəyə son qoymaq üçün üçmərhələli plan təklif edib. Plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxil idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru