Çinin casus şarı ABŞ-ın internet provayderinə qoşulubmuş

30-12-2023, 13:08           
Çinin casus şarı ABŞ-ın internet provayderinə qoşulubmuş
Bu ilin fevralında ABŞ-ın Cənubi Karolina ştatının səmasında vurulan Çin casus şarı rabitə üçün yerli internet provayderin xidmətindən istifadə edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə NBC News Amerika kəşfiyyatının məlumatına istinadən bildirib.
Qeyd olunur ki, obyekt elektron nəzarətə götürülüb və bu, onun yerli internetə qoşulması barədə məlumatı təsdiqləyib. Bunun sayəsində şarın Çinə avtonom rejimdə mesajlar göndərdiyi də məlum olub.
Kəşfiyyat məlumatlarına baxmayaraq, ÇXR-ə kömək etməkdə ittiham olunan şirkət şarla əlaqəsini inkar edir və özünün araşdırma aparmaq imkanın təmin olunmasını tələb edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.