ABŞ hücumlara kəskin cavab verməyənə qədər... - Rocers

30-12-2023, 10:38           
ABŞ hücumlara kəskin cavab verməyənə qədər... - Rocers
Prezident Co Baydenin zəifliyi Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumlara səbəb olur.

Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Mayk Rocers deyib.

Rocers bildirib ki, oktyabr ayından bəri ABŞ-ın Yaxın Şərqdəki qüvvələri yüzdən çox hücuma məruz qalıb və dəniz nəqliyyatı İranın dəstəklədiyi qruplar tərəfindən dayandırılıb:

“Prezident Baydenin zəifliyi hərbi və qanuni ticarət gəmilərimizə hücumların artmasına səbəb olur. Hücumlar bu terrorçular öz hərəkətlərinin ciddi nəticələr verəcəyini anlayana qədər davam edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.