İvanişvili baş nazir olacaq? - Özü bəyan etdi

31-12-2023, 00:05           
İvanişvili baş nazir olacaq? - Özü bəyan etdi
Mən Baş nazir vəzifəsi üçün namizəd olmayacam. Baş nazir dəyişməyəcək. Nazirlər də öz postlarında qalacaqlar.

Axar.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Gürcü arzusu” bu gün 60 faizə qədər real reytinqə malikdir və partiya 2024-cü il seçkilərində qalib gələcək:

“Gürcü arzusu” 2024-cü il seçkilərində mütləq qalib gələcək. Biz 2012-ci ildən bəri izlədiyimiz xətti gedəcəyik, ölkəmizi 2030-cu ilədək Avropa Birliyinə üzv edəcəyik, insan haqlarını mümkün qədər yaxşılaşdıracağıq”.

Qeyd edək ki, o, bu gün aktiv siyasətə qayıtdığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru