Növbəti dəfə dənizdə "fırtına" yaşanır.

31-12-2023, 17:53           
Növbəti dəfə dənizdə "fırtına" yaşanır.
Amm bu dəfə fırtına özünü daha çox qiymətlərdə aydın və sürətli göstərir. Ötən həftə Husilərin Qırmızı dənizə hücumu dənizdə növbəti fırtınıya səbəb oldu. Mütəxəsislərin və analitiklərin məkumatına görə böyük gəmi şirkətlərinin Qırmızı dənizdən yan keçmələri, Suveyş kanalından uzaqlaşmalar həm dəniz daşınmalarının qiymətinə, həm də çatdırılma müddətinə təsir etmıkdədir. Pandemiyadan sonra dəniz qiymətlərinin sürətlə aşağı enməsi , dəniz şirkətlərinə mənfi təsir etmişdir, indi isə bunu fürsət bilən şirkətlər qiymətləri sürətlə artırır. Bu sahədə ən çox təsir yenə Çindən Avropaya daşınmalara öz təsirini edir. Bu təsir eyni zamanda Çindən Yaxın Şərqə olan daşınmalarda da əksini göstərməkdədir.
Bütün baş verənlərin fonunda yenidən Çinin Bir Kəmər Bir Yol projesinin əsas tərkib hissəsi olan ənənəvi İpək yolunun bərpasını, Orta dəhliz ( middle corridor) xettinin ehemiyyetini bir daha göstərir. Hesab edirik ki, Çin və bu işdə maraqlı olan dövlətlər bu krizisi şansa çevirib alternativ yollarla böyük tortdan əsaslı pay götürə biləcəklər.
Bu krizisin nə qədər davam edəcəyi bəlli deyil, amma qiymətlərin +2000-5000 USD artacağını indidən praqnoz vermək olar. Hesab edirik ki, bu krizis eye zamanda dünya neftinə də təsir edəcək.
Sonda məsələnin iqtisadi nəticələri ilə yanaşı, siyasi səbəb və nəticələri də düzgün analiz edən təşkilalatların bu işdən qalib çıxacağı qaçılmazdır.
Müəllif: Commercial Director.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.