2024-cü ilə necə daxil oluruq?

1-01-2024, 09:14           
2024-cü ilə necə daxil oluruq?
Məktəbli ikən 1980-ci illərdə rəfimizdə olan “2000-ci illlərdə dünya necə olacaq” kitabını bir neçə dəfə həvəslə oxumuşdum. 1961-ci ilin nəşri olan yarı elmi, yarı fantastik kitabda 40 il sonra bəşəriyyətin mümkün ixtiraları barədə ehtimallar yer almışdı. Görüntülü telefon, internet və digər bir neçə ixtira barədə ehtimallar özünü doğrultdu. Ancaq kitabda müharibələr haqqında heç nə yazılmamışdı. 1960-cı illərdə iki qütb mövcud idi, Amerika Birləşmiş Ştatları və SSRİ “soyuq müharibənin” tərəfləriydi, dünya ölkələrini aralarında bölüşdürmüşdülər. O illərdə bəşəriyyət nüvə müharibəsi qorxusu ilə yaşayırdı. “Soyuq müharibənin” bitişi ilə gərginlik yeni fazaya daxil oldu, regional müharibələr və bunun ətrafında formalaşan yeni ittifaqlar gərginliyin yeni mənbəyinə çevrildilər. Təəssüf ki, 2024-cü ilə belə daxil oluruq. Bu azmış kimi nüvə dövlətləri arasında artan gərginlik 1960-cı illərdəki məlum təhlükəni yenidən gündəmə gətirib.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru