"Dərhal azad edin" - ABŞ-İran gərginliyi artır

12-01-2024, 08:44           
"Dərhal azad edin" - ABŞ-İran gərginliyi artır
Birləşmiş Ştatlar İranı St Nicholas neft tankerini və onun ekipajını dərhal azad etməyə çağırıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

“İran hökuməti gəmini və heyətini dərhal azad etməlidir", - o deyib.

Patel gəminin ələ keçirilməsini qeyri-qanuni adlandırıb və həmçinin qeyd edib ki, İranın bu cür hərəkətləri “beynəlxalq ticarəti pozmaq məqsədi daşıyır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.