Husi lideri: ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq

12-01-2024, 09:18           
Husi lideri: ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq
"Birləşmiş Ştatların Husi qüvvələrinə qarşı heç bir hücumu cavabsız qalmayacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib.

"Amerikanın istənilən hücumuna cavab 24-dən çox pilotsuz təyyarə və raketdən istifadə edilən son əməliyyatdan daha böyük olacaq", - əl-Husi xəbərdar edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl bildirmişdi ki, yanvarın 9-da Husilər Qırmızı dənizin cənubundakı beynəlxalq dəniz zolaqlarına pilotsuz təyyarələr, gəmi əleyhinə qanadlı raketlər və ballistik raketlərdən istifadə edərək hücum həyata keçirməyə cəhd ediblər. Hücumun dəf edilməsində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri, o cümlədən Amerika təyyarədaşıyan USS Dwight D. Eisenhower, F-18 qırıcıları və Britaniya Hərbi Dəniz Qüvvələri gəmisi iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru