Fransanın yeni xarici işlər naziri təyin edilib

12-01-2024, 08:05           
Fransanın yeni xarici işlər naziri təyin edilib
Stefan Sejurne Fransanın yeni Avropa və xarici işlər naziri təyin olunub.

"Report" xəbər verir ki, bu təyinatı Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler yeni hökumətin elanı zamanı bildirib.

Sejurne 2022-ci ilin mayından Fransa diplomatiyasına rəhbərlik edən Ketrin Kolonnanı əvəz edəcək.

Qeyd edək ki, Fransanın baş naziri Qabriel Attal bu gün yeni hökuməti formalaşıb. Daxili işlər, iqtisadiyyat və maliyyə, ədliyyə və müdafiə sahələri üzrə nazirlərin öz vəzifələrində qaldığı bildirilir.

Parisin 7-ci rayonunun meri Raşida Dati yeni mədəniyyət naziri təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru