Paşinyan Babayanın Qarabağla bağlı təxribatının qarşısını aldı: - Qərb onun yerinə namizəd tapıb

12-01-2024, 11:22           
Paşinyan Babayanın Qarabağla bağlı təxribatının qarşısını aldı: -
Qarabağdan qaçan separatçılar özlərini gündəmdə saxlamaq üçün bütün vasitələrə əl atırlar. Onlar müxtəlif təşkilatlar yaratmaq, iclaslar keçirməklə sağ qaldıqlarını nümayiş etdirmək istəyirlər.

Publika.az xəbər verir ki, separatçıların qondarmaq qurumunda “təhlükəsizlik katibi” işləmiş Samvel Babayan da buna cəhd edib. O, Ermənistanda “artsax”dan gələnlərin problemləri ilə məşğul olacaq struktur formalaşdırmağa can atıb.

Ermənistan mətbuatı iddia edir ki, Babayn bunun üçün Paşinyandan icazə də alıbmış. Amma sonradan Paşinyan fikrini dəyişib. Bu da Babayanı qəzəbləndirib. O, yaxınlarına aldadıldığını deyib.

Ermənistan mətbuatı onu da iddia edir ki, Qərb Paşinyanın yerinə alternativ tapıb. Bu, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır.

Bildirilir ki, Qərb Armen Qriqoryanı Paşinyanın varisi kimi görür. Paşinyan Rusiya meydanında qalmaqda davam etsə, Qriqoryanın “bəxtinin açılacağı” istisna edilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru