"Təhlükəsiz gələcəyə nail olmaq üçün çətin qərarlar qəbul etmək lazımdır" - Blinken

12-01-2024, 18:28           
"Təhlükəsiz gələcəyə nail olmaq üçün çətin qərarlar qəbul etmək lazımdır" - Blinken
Amerika Birləşmiş Ştatları regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması üçün Yaxın Şərq ölkələri ilə işləməyə hazırdır.

Müvafiq bəyanatı ABŞ-ın dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfərindən sonra verib.

“Bizi Türkiyədən Yunanıstana, İordaniyaya, Qətərə, BƏƏ, Səudiyyə Ərəbistanına, İsrailə, İordan çayının qərb sahilinə, Bəhreyn və Misirə aparan səyahətimi yenicə tamamladım. Getdiyim hər yerdə regiona davamlı sülh və təhlükəsizlik gətirmək yollarını tapmaq üçün birlikdə işləmək əzmini eşitdim”, - Blinken özünün X (keçmiş Twitter) səhifəsində yerləşdirdiyi videoda bildirib.

Onun sözlərinə görə, ölkə liderləri başa düşməlidirlər ki, təhlükəsiz gələcəyə nail olmaq üçün çətin qərarlar qəbul etmək lazımdır. O, həmçinin regiondakı vəziyyəti həll etmək üçün ABŞ-ın yaxın günlərdə, həftələrdə və aylarda diplomatik vasitələrdən istifadə etmək öhdəliyini qeyd edib.

Qeyd edək ki, yanvarın 12-nə keçən gecə Britaniya və ABŞ silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin Damar, Səada, Səna, Taiz və Hudeydə də daxil olmaqla bir sıra şəhərlərində Ənsar Allah hədəflərinə hücum edib. Amerika prezidenti Co Bayden bildirib ki, zərbə Qırmızı dənizdə görünməmiş husi hücumlarına cavabdır və müdafiə xarakteri daşıyır. ABŞ administrasiyası raketlərin, pilotsuz uçuş aparatlarının və üsyançıların radar stansiyalarının yerləşdiyi yerə hücum edildiyini qeyd edib.

Bayden zərbələri Husilərin tarixdə ilk dəfə gəmi əleyhinə ballistik raketlərdən istifadə də daxil olmaqla Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə misli görünməmiş hücumlarına birbaşa cavab adlandırıb.
TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.