Rəsmi Moskvadan İrəvanın danışıqlar barədə açıqlamasına münasibət

12-01-2024, 20:26           
Rəsmi Moskvadan İrəvanın danışıqlar barədə açıqlamasına münasibət
Bir neçə gün əvvəl Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının rəhbəri Sarkis Xandanyan İrəvanla Bakı arasında danışıqlar prosesindən danışarkən “Vaşinqton və Brüsseldəki platformaların beynəlxalq nüfuzə malik olduğunu və bu danışıqlara legitimlik əlavə etdiyini” qeyd edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova Xandanyanın bu açıqlamalarına münasibət bildirib.

“Qərbin xoşuna gəlmək səyləri absurd həddə çatmamalıdır. Təəssüflər olsun ki, bu cür fikir səsləndirən bir sıra insanlar ölçü hissini itiriblər. İrəvanın sülh müqaviləsinin bəndləri üzrə geriləmə olması barədə açıqlamasına gəldikdə isə, bu Ermənistanın özü üçün vacib məsələdir”, - deyə o qeyd edib.

Zaxarova eyni zamanda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun yanvarın 8-i İrəvana səfəri ilə yuxarıda qeyd edilən açıqlamalar arasında əlaqə olduğunu da istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru