ABŞ-dan sonra indi Rusiya – Moskvada sinaqoqun altında gizli tunel aşkarlandı – VİDEO

13-01-2024, 07:34           
ABŞ-dan sonra indi Rusiya –
ABŞ-ın Nyu-York şəhərində sinaqoqun altında qeyri-qanuni tunellər aşkar edildikdən sonra eyni görüntülər Rusiyanın paytaxtı Moskvadan da gəlib.

TEREF xəbər verir ki, manset.az-ın məlumatına görə, şəhərdə sinaqoqun altında gizli tunel olub.

Sosial şəbəkələrdə yayılan videoda yəhudi olduğu görünən şəxsin sinaqoqun içərisində qazılan gizli tunelin qapağını açdığı anlar kameralara düşüb.

Qeyd edək ki, Nyu-Yorkda yəhudilərin sıx şəkildə istifadə etdiyi “Chabad-Lubavitch World Headquarters” sinaqoquna polis basqını zamanı binanın altında qanunsuz tikilmiş tunellərin olduğu müəyyən edilib. Sosial media hesablarında paylaşılan görüntülərdə qazılan bəzi hissələrdə çirkli və köhnə çarpayılar olub, taxta örtüklü hissələr diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru