Britaniya Ukraynaya 10 il ərzində hərbi dəstək verəcək

13-01-2024, 10:08           
Britaniya Ukraynaya 10 il ərzində hərbi dəstək verəcək
Ukrayna ilə Böyük Britaniya arasında imzalanan təhlükəsizlik sazişinin müddəti 10 ildir.
Əgər Ukrayna bu müddət bitmədən NATO-ya daxil olarsa, təhlükəsizlik öhdəlikləri NATO sisteminə daxil ediləcək.

“Mən Böyük Britaniyanın Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməsini və ölkəmizin təhlükəsizliyinin bütün Avro-Atlantik təhlükəsizliyin bir hissəsi olduğunu qəbul etməsini xüsusilə yüksək qiymətləndirirəm”, – Zelenski bildirib.

Razılaşma Ukrayna və Böyük Britaniya arasında təhlükəsizlik zəmanətinin təmin edilməsi üzrə məsləhətləşmələrin ikinci raundunun nəticəsidir.

Rişi Sunak xatırladıb ki, Böyük Britaniya bu il Ukraynaya 2,5 milyard funt sterlinq dəyərində hərbi yardım ayıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru