Tramp Baydeni ABŞ-nin ən pis prezidenti adlandırıb

13-01-2024, 16:08           
Tramp Baydeni ABŞ-nin ən pis prezidenti adlandırıb
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Yəməndə husilərə zərbə endirdiyinə görə Co Bayden administrasiyasını tənqid edib.

Bu barədə Respublikaçılar Partiyasının tərəfdarı yanvarın 12-də “X” hesabında bəyanat yayıb.

“İcazə verin, mən hazırkı vəziyyət barədə açıqlama verim. Biz yenidən bütün Yaxın Şərqə bombalar yağdırırıq, beş gündür itkin düşmüş müdafiə nazirimiz isə öz noutbukundan müharibə aparır”, - keçmiş prezident yazıb.

Bundan əlavə, siyasətçi qeyd edib ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Əfqanıstanda təslim olan hərbi birləşmənin tərkibində olub. Eks-prezident vurğulayıb ki, baş verənlərdən sonra heç kim işdən çıxarılmayıb və məsuliyyətə cəlb olunmayıb.
O, həmçinin qeyd edib ki, Ağ Ev hazırda ölkənin cənubunda sərhəd təhlükəsizliyi məsələlərini həll etməkdənsə, Ukrayna, Qəzza zolağı və Yəməndəki hərbi münaqişələrə daha çox resurslar ayırır.

“Co Bayden ABŞ tarixinin ən pis prezidentidir!” – deyə Tramp yekunlaşdırıb.

Mənbə: iz.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.