Qırğızıstan və Tacikistan prinsipial razılığa gəldi

14-01-2024, 10:34           
Qırğızıstan və Tacikistan prinsipial razılığa gəldi
Qırğızıstan və Tacikistan nümayəndə heyətlərinin rəhbərləri dövlət sərhədinin delimitasiyası məsələsini müzakirə ediblər.

Tərəflər bir neçə istiqamət üzrə prinsipial razılığa gəliblər.

“Biz əsas fundamental məsələləri müzakirə etdik. Həyati vacib məqamlar var idi. Bu məsələlərdə prinsipial razılıq əldə olunub. Biz protokol, sənəd hazırlamışıq. Bütün tərəflər tam razıdırlar. Biz irəliyə doğru çox əhəmiyyətli bir addım atacağıq”, - deyə Tacikistan Dövlət Komitəsinin rəhbəri Saymumin Yatimov bildirib.

Qeyd edək ki, iki ölkə arasındakı sərhədin uzunluğu təxminən 980 km-dir ki, bunun da 400 km-i mübahisəli sayılır.
2022-ci il sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhədində münaqişə baş verib və bu münaqişə zamanı hər iki tərəfdən onlarla hərbçi həlak olub, 200-dən çox vətəndaş yaralanıb.\\Ölkə.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru