ABŞ-ın hərbi obyektləri qanuni hədəflərdir - Husilər

14-01-2024, 10:54           
ABŞ-ın hərbi obyektləri qanuni hədəflərdir - Husilər
Yəmən husiləri ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini qanuni hədəfləri kimi müəyyənləşdiriblər.

Modern.az xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının mətbuat xidməti rəhbərinin müavini Nəsrəddin Amer “Əl-Cəzirə” kanalına müsahibəsində bildirib.

“Amerikanın bölgədəki mövcudluğu qeyri-qanunidir, ona görə də biz ABŞ-ın hərbi obyektlərini qanuni hədəfimiz hesab edirik”, - deyə N.Amer bildirib.

O, həmçinin Yəmənə raket hücumunda iştirak edən ABŞ-ı və Böyük Britaniyanı tez cavab veriləcəyi ilə hədələyib. Nəsrəddin Amer deyib ki, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında ABŞ hərbi gəmilərinin mövcudluğu normal vəziyyət sayıla bilməz. Bu baxımdan husilər o gəmilərə hücum etməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru