Almaniya vətəndaşları kansler Şoltsun fəaliyyətini bəyənmir

15-01-2024, 07:04           
Almaniya vətəndaşları kansler Şoltsun fəaliyyətini bəyənmir
Almaniya vətəndaşları kansler Olaf Şoltsun fəaliyyətini bəyənmir.

Bu barədə Bild qəzeti INSA İnstitutunun apardığı sorğuya istinadən xəbər verir. Almanların 70%-dən çoxu siyasətçini “xüsusilə pis” qiymətləndirib. “Seçicilərin 72%-i onun fəaliyyəti ilə razı deyil. Bu, dekabrın əvvəli ilə müqayisədə üç faiz bəndi çoxdur.

Sorğu nəticəsində məlum olub ki, Almaniya vətəndaşlarının yalnız 20%-i kanslerin işindən razıdır. Lakin bu rəqəm 3% azalıb.

Respndentlərin 76 faizi hökumətin ümumi fəaliyyətindən narazıdır.

Sorğuda iştirak edənlərin cəmi 17%-i Nazirlər Kabinetinin fəaliyyətini bəyənir.

Sorğu yanvarın 8-dən 12-dək 1202 nəfər arasında aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru