Zelenski bu gün İsveçrəyə gedəcək

15-01-2024, 16:34           
Zelenski bu gün İsveçrəyə gedəcək
Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 15-də İsveçrəyə işgüzar səfərə gedəcək. “Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin teleqram kanalında bildirilib.

Qeyd edilir ki, səfər zamanı Zelenski parlamentin hər iki palatasının sədrləri, partiya liderləri və isveçrəli həmkarı ilə görüşəcək.

Bundan əlavə, Zelenski Dünya İqtisadi Forumunda iştirak edəcək və Davosda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, 2023-cü il noyabrın sonunda İsveçrə Prezidenti Alen Berse Ukraynaya səfər edib. Bundan əvvəl, martda isə Berse bildirib ki, İsveçrə silahları Ukraynadakı müharibədə istifadə olunmamalıdır. O deyib ki, ölkəsinin siyasəti “sülh, humanitar qanun və mümkün olduqda vasitəçilik öhdəliyinə” əsaslanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru