Yeni müharibə başlaya bilər - Bu dəfə Afrikada

15-01-2024, 13:05           
Yeni müharibə başlaya bilər -
Somali mübahisəli əraziyə görə Efiopiyanı müharibə ilə təhdid edir.

Bu barədə "The Guardian" nəşri yazıb.

Mənbə qeyd edir ki, Somalilend Efiopiya ilə liman razılaşmasından sonra ölkə kimi tanınmağa ümid edirdi, lakin bu addım Somalidə qəzəb doğurub.

Mövzu ilə bağlı Somali prezidentinin baş müşaviri bildirib ki, Somali Efiopiyanın Somalilend ərazisini tanımasına və orada liman tikməsinə mane olmaq üçün müharibəyə getməyə hazırdır.

Xatırladaq ki, Somali Somalilendi öz ərazisinin bir hissəsi hesab edir və liman sazişini etibarsız sayır.
Somalinin paytaxtı Moqadişoda razılaşmaya qarşı keçirilən mitinqlərdə prezident Həsən Şeyx Mohamud somalililəri vətəni müdafiə etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru