Qərb üçün böyük hərbi strategiya hazırlandı

15-01-2024, 16:44           
Qərb üçün böyük hərbi strategiya hazırlandı
Estoniya Ukraynanın üç il ərzində müharibədə qalib gəlməsinə kömək etmək üçün Qərb ölkələrinə hərbi strategiya planı hazırlayıb.

Bu barədə ERR nəşri məlumat yayıb.

“Sənəd Ramşteyn işçi qrupunda iştirak edən bütün ölkələr üçün nəzərdə tutulub və Qərb ölkələrinin səylərinin birləşdirilməsi şərti ilə Ukraynanın qələbəsinə çox cüzi töhfənin lazım olduğunu açıq şəkildə nümayiş etdirən çağırışdır. Əsas tezis ondan ibarətdir ki, Qərb müharibədə Kiyevə kömək etməkdən çəkinməməlidir.

Ekspertlər hesab edir ki, həm AB, həm də ABŞ-da mövcud ziddiyyətlər həll olunacaq və tələb olunan həcmdə yardım yaxın gələcəkdə Ukraynaya axmağa başlayacaq”, - məlumatda qeyd olunub.

Estoniya parlamentinin müdafiə məsələləri komissiyasının sədri Kalev Stoyçesku bildirib ki, Qərb ölkələrinin iqtisadiyyatı Rusiya iqtisadiyyatından onlarla dəfə böyükdür:

“Fərq burada çox böyükdür. Bütün Ramşteyn ölkələrinin ÜDM-i 47 trilyon avro təşkil edir ki, bunun da yalnız 0,2%-i Ukraynaya yardım üçün ayrılıb. Eyni zamanda, Rusiyanın ÜDM-i iki trilyon avro həcmində qiymətləndirilir. Problem ondadır ki, Rusiya artıq müharibə iqtisadiyyatının relslərinə oturub, yəni onsuz da iqtisadiyyatlarının yarısı birbaşa bunun üçün işləyir, Qərbdə isə hələ ayılmayıblar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.