Rafael Nadal Səudiyyə Ərəbistanında tennisin səfiri oldu

16-01-2024, 12:04           
Rafael Nadal Səudiyyə Ərəbistanında tennisin səfiri oldu
Dünyanın keçmiş bir nömrəli tennisçisi, ispaniyalı Rafael Nadal Səudiyyə Ərəbistanında tennisin səfiri olub.

Bu barədə Səudiyyə Ərəbistanı Tennis Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

“Bütün zamanların ən böyük idman xadimlərindən və tennisçilərindən biri olan Rafael Nadal, idmanın inkişafına kömək etmək və Səudiyyə Ərəbistanında gələcək idmançı nəslini ruhlandırmaq üçün Tennis Federasiyasının yeni səfiri olub”, - məlumatda deyilir.

Bildirilib ki, Nadal idman akademiyasında istedadları yetişdirəcək və iddialı şəxslərin böyük tennis arzularına çatmasına kömək edəcək.
Qeyd edək ki, Nadalın 37 yaşı var. O, Peşəkar Tennis Assosiasiyası (ATP) turnirlərində 92 qələbə qazanıb. İspan 22 Böyük Dəbilqə çempionluğu ilə yalnız serb Novak Cokoviçdən (24 titul) geri qalır. Nadal 209 həftə ərzində dünya reytinqinə başçılıq edib. O, ikiqat Olimpiya çempionudur. Milli komandanın üzvü kimi Nadal beşqat Devis Kubokunun qalibi olub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru