Trampdan çıxışına müdaxilə edən ekofəallara maraqlı cavab - VİDEO

16-01-2024, 16:54           
Trampdan çıxışına müdaxilə edən ekofəallara maraqlı cavab - VİDEO
Donald Tramp Ayova ştatının İndianola şəhərində çıxışını pozmağa çalışan ekofəallara zarafatla cavab verib. Hadisə yerindən görüntülər internetdə yayımlanıb.

Fəallar Trampın tərəfdarları ilə danışmasına mane olmağa çalışıblar. Onlar sabiq prezidentə qarşı şüarlar səsləndiriblər və üzərində “Tramp iqlim cinayətkarıdır” yazılmış pankart nümayiş etdiriblər.

“Təşəkkür edirəm, əzizim. Evə get, ananın yanına. Anan səni gözləyir”, - deyə Tramp etirazçılardan birinə cavab verib.
O, ekofəalların hələ gənc və yetişməmiş insanlar olduğunu da vurğulayıb. Etirazçılar zaldan çıxarıldıqdan sonra keçmiş ABŞ lideri çıxışına davam edib.
ren tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru