Putinin bu vədi Yaponiyada qorxu yaradıb: Cəhənnəmə göndərir

16-01-2024, 13:18           
Putinin bu vədi Yaponiyada qorxu yaradıb:
Rusiya prezidenti Vladimir Putin Kuril adalarına səfər edəcəyi vədi ilə Yaponiyanı cəhənnəmə göndərir.

Publika.az xəbər verir ki, bunu Tokio Universitetinin beynəlxalq əlaqələr üzrə dosenti Ryo Hinata Yamaquçi “South China Morning Post” (SCMP) qəzetinə bildirib.

O xatırladıb ki, bir neçə ay əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaponiya ilə mübahisənin bitdiyini və Kuril adaları üzərində suverenlik məsələsinin müzakirə olunmadığını vurğulamışdı. Onun fikrincə, Putin “sadəcə bu mövqeyi möhkəmləndirib”.

“Bunu etməklə o, əsasən Yaponiyaya “cəhənnəmə get” deyir. Düşünmürəm ki, Putinin adalara səfəri münasibətləri indi olduğundan daha da pisləşdirəcək, lakin biz onun Kuril adalarına gedəcəyi təqdirdə nə edəcəyini izləməliyik”, - Yamaquçi bildirib.

Dosent həmçinin Putinin adaların inkişafı üçün konkret addımların atılmasına göstəriş verəcəyi təqdirdə “vəziyyətin daha da ciddiləşəcəyindən” narahatlığını ifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.