SEPAH hücum etdi - Bərzanidən İrana etiraz

16-01-2024, 11:06           
SEPAH hücum etdi - Bərzanidən İrana etiraz
SEPAH-ın hücumlarının heç bir əsası yoxdur.

Bunu İraq Kürdüstanı Regional hökumətinin Baş naziri Məsrur Bərzani X sosial hesabında yazıb.

Bərzani paylaşımında SEPAH-ın Ərbil şəhəri yaxınlığına hücumunu pisləyib.

O, bu hücumları İraq və Kürdüstan bölgəsinin suverenliyinin açıq şəkildə pozulması hesab edərək, Bağdaddakı federal hökumətdən buna qarşı mövqe nümayiş etdirməsini istəyib:

“Kürdüstan bölgəsinin beynəlxalq aləmdəki müttəfiqləri İnqilab Keşikçiləri Korpusunun hərəkətlərinə səssiz qalmamalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru