"Kim Krıma nəzarət edirsə, o da bu müharibəni udacaq" - general Ben Hoces

16-01-2024, 18:24           
"Kim Krıma nəzarət edirsə, o da bu müharibəni udacaq" - general Ben Hoces
Krım yarımadası indiyədək Rusiyanın işğal etdiyi Ukrayna ərazisinin ən mühüm parçasıdır.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı qoşunlarının sabiq komandanı, istefada olan general-leytenant Ben Hoces "Sestry" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "udf.name" nəşri yayıb.

"Biz bunu" həlledici ərazi" adlandırırıq. Mənim fikrimcə, kim Krıma nəzarət edirsə, o da bu müharibəni udacaq. Mən düşünmürəm ki, yaxın zamanlarda yarımadaya yerüstü əməliyyat həyata keçiriləcək.

Lakin hər necə olursa-olsun, bu, artıq köhnəlmiş düşüncə üsuludur. Mən onu nəzərdə tuturam ki, əvvəlcə Krımı Rusiya qoşunları üçün yararsız etmək vacibdir", - Hoces qeyd edib.

Onun sözlərinə görə, bunun üçün yüksək dəqiqli uzaq vuran silah lazımdır ki, "istədiyin yerdəki hədəfə vura biləsən".

"Söhbət Rusiyanın hər bir gəmisi, hər bir qərargahı, hər bir raket buraxılış qurğusu, hər bir hərbi-hava bazasının hədəfə alınmasından gedir. Beləliklə, bu, Krımı Rusiyanın istifadəsi üçün yararsız egəcək", - amerikalı hərbçi vurğulayıb.

Yarımadanın işğaldan azad edilməsinin ikinci vacib şərti oraya gedib çatmaq üçün iki yeganə yolun bağlanmasıdır.

"Bunlardan birincisi qanunsuz inşa edilmiş Kerç körpüsüdür. İkincisi Rostovdan Azov dənizi sahili boyunca Mariupol və Berdyanskdan keçən Krıma qədər quru dəhlizdir. Düşünürəm ki, hər iki yolu bağlamaq olar. Bunu uzun məsafədən dəqiq atəşlə etmək mümkündür", - Hoces deyib.

İşğal altında olan Krımdan son xəbərlər

Yanvarın 4-də Rusiya son zamanlar müvəqqəti işğal edilmiş Krıma ən güclü hücum barəsində bəyan edib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Sevastopolda hərbi obyektə uğurlu zərbə haqqında məlumat verib.

Öz növbəsində "Atəş" partizanları Yevpatoriyada rabitə hissəsinə hücum barədə məlumat verib.

Elə həmin gün Krımda yeni partlayışlar baş verib. O cümlədən Saksk rayonunda təkrar partlayışlar və HHM-in işə düşməsi barədə məlumat verilib. Krım körpüsü bağlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.