Bu ölkə sərhədləri açmayacaq - Yeni QƏRAR

17-01-2024, 09:44           
Bu  ölkə sərhədləri açmayacaq -
Finlandiya fevral ayında Rusiya ilə sərhəddə nəzarət-buraxılış məntəqələrini açmamağı planlaşdırdığını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə yerli “İlta-Sanomat” nəşri məlumat yayıb.
Mənbə deyir ki, ölkə hakimiyyəti sərhəddə qeyri-qanuni miqrasiya probleminin uzunmüddətli həllini tapmağın belə mümkün olub-olmamasından əmin deyil.
Bundan əvvəl Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə qaçqınlar üçün sərhəd prosedurları haqqında qanun hazırlamaq qərarına gəlib. Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen bildirib ki, onun üzərində işlərin tamamlanma vaxtını hələlik təxmin etmək çətindir.
Qeyd edək ki, yanvarda Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını fevralın 11-dək uzadıb. Bu barədə qərar Dövlət Şurasının ümumi iclasında qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru