Zelenskidən Trampa sərt REAKSİYA

18-01-2024, 13:14           
Zelenskidən Trampa sərt REAKSİYA
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş lideri Donald Trampın Ukrayna münaqişəsinin tezliklə sona çatması ilə bağlı sözlərinə münasibət bildirib.
Rusiya KİV-ləri bildirir ki, Zelenski Trampın yenidən seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəyə tezliklə son qoyulacağı ilə bağlı sözlərinə kobud şəkildə cavab verib.

Zelenski Davosda keçirdiyi mətbuat konfransında bu videonu görmədiyini qeyd edib. Onun sözlərinə görə, Tramp söz verib ki, Putin dayanmasa, Ukraynaya daha çox silah ötürəcək, Ukrayna dayanmasa, anbarları götürəcək.

Ukrayna prezidenti etiraf edib ki, bu halda Rusiya Federasiyasının bütün Ukrayna ərazisini işğal edə biləcəyindən qorxur. “Və buna görə də atamın həmişə dediyi kimi deyəcəyəm: “Əvvəlcə düşün, sonra danış”, – Zelenski deyib.

Tramp seçkidə qalib gəlsə, ABŞ-Ukrayna münasibətlərinin necə olacağı sualına Zelenski hamı ilə işləməyə hazır olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru