ABŞ Yəməndəki husiləri yenidən böyük terror qruplaşması kimi tanıyıb

18-01-2024, 11:45           
ABŞ Yəməndəki husiləri yenidən böyük terror qruplaşması kimi tanıyıb
Birləşmiş Ştatlar həftələrdir Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmilərə raket və dronlarla hücum edən Yəmənin husi üsyançılarını yenidən Xüsusi Təyin olunmuş Qlobal Terrorçu qrup kimi təsnif edib.

Bu addım ABŞ və başqa ölkələrin husiləri dəfələrlə kommersiya gəmilərinə atəş açmammağa çağırmalarından sonra atılıb.

Ancaq onların tələblərinə məhəl qoyulmayıb və hücumlar ABŞ və Britaniyanın hücumlarda isitfadə olunan radar sistemi və buraxılıq məntəqələrini hədəf alan bir sıra havadan zərbələrinə rəğmən davam edib.

Rəsmi açıqlamadan əvvəl ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi anonimlik şərti ilə jurnalistlərə deyib ki, “Biz boş oturub husilərin Qırmızı dənizdə etdiklərini seyr edə və onların hərəkətlərini tanımaya bilmərik.”

“Bu hücumlar terrorizmin dərsliklərdəki izahına uyğun gəlir,” anonimlik şərtilə danışan ikinci rəsmi deyib. “Onlar ABŞ personalını, mülki dənizçiləri və bizim tərəfdaşlarımızı təhlükəyə atıb, qlobal ticarəti təhlükə yaradıb və naviqasiya azadlığını təhdid edib,” o deyib.

ABŞ rəsmiləri noyabrın ortasından bəri Yəmənin husilərin nəzarət etdiyi ərazilərindən təxminən 30 hücumun olduğunu və onların 50-dən çox ölkədə vətəndaşlara, yüklərə və gəmilərə təsir göstəridiyini bildirib.

Rəsmilər həmçinin bildirib ki, hücumlar başlayandan bəri, 2000-ə yaxın gəmi Qırmızı dənizdən yayınmaq üçün yollarını minlərlə mil uzadıblar. Bundan əlavə, husi militantları 20-dən çox ölkədən dənizçiləri təhdid edib və ya girov götürüblər.

Çərşənbə axşamı ABŞ ilk dəfə olaraq bir sıra qabaqlayıcı zərbələr endirərək, husilərin dörd gəmi əleyhinə balistik raketini məhv edib.

Çərşənbə günü Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və dövlət katibi Antoni Blinken ayrı-ayrı bəyanatlarda husilərin hücumlarını “görünməmiş” adlandırıblar.

“Bu təyinat husilərə terrorun maliyyələşdirilməsini əngəlləmək, onların maliyyə bazarlarına çıxışını daha da məhdudlaşdırmaq üçün mühüm vasitədir, ” Sullivan deyib.

“Husilər əməllərinə görə cavabdeh tutulmalıdır,” Blinken deyib.

Bununla belə, bir neçə ABŞ rəsmisi hücumların dayandırılacağı təqdirdə bu təyinatın ləğv oluna biləcəyi ehtimalını açıq saxlayıb.

“Sanksiyaların əsas məqsədi husiləri gərginliyi azaltmağa və davranışlarında müsbət dəyişiklik yaratmağa inandırmaqdır,” adının açıqlanmaması şərti ilə məlumat verən yüksək səviyyəli administrasiya rəsmilərindən biri jurnalistlərə deyib. “Husilər hücumlarını dayandırsalar, biz təyinatın ləğvini nəzərdən keçirə bilərik.”

Ancaq rəsmi əlavə edib ki, ABŞ bu təyinatın BMT-nin 24 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi Yəmənin mülki əhalisinə yardım səylərinə zərər verməməsini təmin etmək üçün addımlar atır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.