Natali Qule: “Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi Cənubi Qafqazda sülhə qarşı yönəlib”

18-01-2024, 08:35           
Natali Qule: “Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi Cənubi Qafqazda sülhə qarşı yönəlib”
Fransa Senatı 336 "lehinə", 1 "əleyhinə" olmaqla Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Natali Qule qətnamənin əleyhinə səs verən yeganə senatordur. Bu sənəd və onun nəticələri ilə bağlı senatorun fikrini öyrənmək qərarına gəldik.

Natali Qule çərşənbə günü Trend-ə müsahibəsində bildirib ki, Fransa Senatında qəbul edilən qətnamə Cənubi Qafqazda sülhün əleyhinə yönəlib.
"Bu qətnamənin reallıqla heç bir əlaqəsi yoxdur, o, sülh və sabitliyə, Cənubi Qafqazın daha yaxşı gələcəyinə qarşı yönəlib. Bu sənədin müəllifləri Ermənistanın işğalçılıq siyasətini tamamilə unudublar".

Qule əlavə edib ki, Fransadakı erməni diasporu çox təhlükəli oyun oynayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.