III Çarlz müvəqqəti olaraq dövlət vəzifələrini yerinə yetirməyəcək

18-01-2024, 18:04           
III Çarlz müvəqqəti olaraq dövlət vəzifələrini yerinə yetirməyəcək
Böyük Britaniya kralı III Çarlz gələn həftə tibbi prosedurdan keçəcək. Bununla bağlı o, müvəqqəti olaraq dövlət vəzifələrini yerinə yetirməyi dayandıracaq.

Bu barədə Bukingem Sarayının bəyanatında deyilir.

“Hər il minlərlə kişidə olduğu kimi, kralın da prostat vəzisinin böyüməsi səbəbi ilə müalicəyə ehtiyacı var. Əlahəzrətdə aşkar edilən törəmə xoşxassəlidir və o, gələn həftə korreksiya proseduru üçün xəstəxanaya müraciət edəcək. Kralın ictimai vəzifələri (onun) sağalması üçün qısa müddətə təxirə salınacaq”, - bəyanatda qeyd olunub.
Xatırladaq ki, III Çarlzın 75 yaşı var. O, 2022-ci ilin sentyabrında anası II Yelizavetanın (1926-2022) ölümündən sonra taxta çıxıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru