BMT TŞ-nin Ukraynadakı vəziyyətlə bağlı iclasında Rusiyanı Lavrov təmsil edəcək

18-01-2024, 12:18           
BMT TŞ-nin Ukraynadakı vəziyyətlə bağlı iclasında Rusiyanı Lavrov təmsil edəcək
Rusiya XİN sözçüsü bildirir ki, Yaxın Şərq mövzuları üzrə debatda Fələstin-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının müzakirəsinin davam etdirilməsi gözlənilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 22-24-də BMT Təhlükəsizlik Şurasının açıq müzakirələrində iştirak edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Yanvarın 22-dən 24-dək Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi üzrə rüblük açıq debatlarında, habelə Ukrayna üzrə iclasda iştirak etməyi planlaşdırır" - Zaxarova bildirib.
Onun sözlərinə görə, Yaxın Şərq mövzuları üzrə debatda Fələstin-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının müzakirəsinin davam etdirilməsi gözlənilir.
"Ukrayna məsələlərinin müzakirəsinə gəlincə, biz bunu BMT-nin yüksək platformasında Rusiyanın mövqeyini, o cümlədən Rusiyanın qanuni maraqlarını nəzərə almaqla böhranın siyasi və diplomatik yolla həlli ilə bağlı təhlükəsizlik sahəsində mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət hesab edirik", RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru