Pakistanın Baş naziri Davosu vaxtından əvvəl tərk edir

18-01-2024, 10:50           
Pakistanın Baş naziri Davosu vaxtından əvvəl tərk edir
Pakistanın müvəqqəti Baş naziri Ənvər-ul-Hak Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunu vaxtından əvvəl tərk edərək paytaxt İslamabada qayıdır.

“Qafqazinfo” “The News International”a istinadən xəbər verir ki, buna səbəb Pakistanla İran arasında vəziyyətin gərginləşməsi olub.

“Vəziyyət ciddi hal aldığından, Kakar səfərini yarıda qoyaraq Pakistana qayıdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Pakistan daha sonra İrandakı səfirini geri çağırıb. Yanvarın 18-i isə Pakistanın Hərbi Hava Qüvvələri İran ərazisinə raket zərbələri endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru