Milli Məclis Azərbaycan hökumətini Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyini tanımağa çağırır - MÜHÜM

18-01-2024, 12:34           
Milli Məclis Azərbaycan hökumətini Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyini tanımağa çağırır - MÜHÜM
Azərbaycan hökumətindən Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istənilib.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə Xarici İşlər Nazirliyinə Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atmağı tapşırması ilə bağlı çağırış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru