Abdullahiyan Zəngəzur dəhlizinə etiraz etdi – “Yolverilməzdir”

18-01-2024, 12:55           
Abdullahiyan Zəngəzur dəhlizinə etiraz etdi – “Yolverilməzdir”
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla regiondakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

Açıqlamadan məlum olur ki, İranın baş diplomatı görüşdə növbəti dəfə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıb. Abdullahiyan bunu “Ermənistan-İran sərhədi və regionda geosiyasi durumun dəyişməsi” kimi qəbul etdikləri üçün etiraz edib.

“Ölkəmizin xarici işlər naziri Ermənistan prezidenti ilə görüşündə tarixi yolların qorunub saxlanılmasının vacibliyi və regionda hadisələrin sürətli inkişafı şəraitində geosiyasi dəyişikliklərin yolverilməzliyini vurğulayıb”, - məlumatda bildirilir.

Görüşün Davos İqtisadi Forumu çərçivəsində baş tutduğu qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru