Bayden İran-Pakistan toqquşmasından danışıb

19-01-2024, 12:24           
Bayden İran-Pakistan toqquşmasından danışıb
İran və Pakistan arasında bu həftə baş verən toqquşmalar İranın regionda çox da bəyənilmədiyini göstərir.

APA “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.

“Gördüyünüz kimi İran xüsusilə də regionda çox da bəyənilmir və biz bunun hansı istiqamətdə davam etdirilməsi üzərində işləyəcəyik. Bu necə davam edəcək, mən bilmirəm”, - Bayden deyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gərginliyə görə İranı ittiham edib.

O, Pakistana hücumun İranın regionda sabitliyi pozan davranışının daha bir nümunəsi olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru