Bayden İran-Pakistan gərginliyini şərh etdi

19-01-2024, 11:25           
Bayden İran-Pakistan gərginliyini şərh etdi
Co Bayden İran və Pakistan arasındakı gərginlik fonunda vəziyyətin daha da necə inkişaf edəcəyi ilə bağlı proqnoz verməyə hazır olmadığını bildirib.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti İran və Pakistan arasında zərbə mübadiləsini şərh edərkən deyib:

“Gördüyünüz kimi, İran regionda o qədər də bəyənilmir. Hadisələr necə inkişaf edəcək? Bunun üzərində işləyirik. Proseslərin necə gedəcəyini bilmirəm”.

Dövlət Departamentinin sözçüsü Metyu Miller isə vurğulayıb: "Regionda gərginliyin artmasından narahatıq. Ekskalasiyaya ehtiyac yoxdur və bütün tərəfləri təmkinli olmağa çağırırıq”.

Miller Pakistanın NATO-dan kənar ABŞ-ın əsas müttəfiqlərindən biri olduğunu xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru