“Rusiya bazasının Ermənistandan çıxarılması gündəmdə deyil”

19-01-2024, 11:46           
“Rusiya bazasının Ermənistandan çıxarılması gündəmdə deyil”
“Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi gündəmdə deyil”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

“Bu cür siqnallar barədə məlumatım yoxdur. Mən Ermənistan tərəfindən edilən rəsmi açıqlamaları, xüsusən də bazanın ölkədən çıxarılması məsələsinin gündəmdə olmaması barədə bəyanatları rəhbər tuturam. Rusiyadan da belə siqnallar daxil olmayıb”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva və İrəvan arasında 1995-ci ildə imzalanan dövlətlərarası sazişə uyğun olaraq Ermənistanda yerləşdirilib. İki ölkə 2010-cu il avqustun 20-si bazanın yerləşdirilməsi ilə bağlı sazişin qüvvədə olma müddətini 2044-cü ilə qədər uzadıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru