NATO rəsmən açıqladı: Rusiya ilə müharibəyə hazırlaşırıq

19-01-2024, 12:46           
NATO rəsmən açıqladı: Rusiya ilə müharibəyə hazırlaşırıq
NATO yaxın iyirmi ildə Rusiya ilə münaqişəyə hazırlaşdığını açıqlayıb.

Publika.az “Daily Mail”a istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri Rob Bauer danışıb.

“Biz başa düşməliyik ki, bizim dünyada olmağımız öz-özünə verilən bir şey deyil. Və buna görə də biz Rusiya ilə münaqişəyə hazırlaşırıq”, - NATO rəsmisi bildirib.

Bauer onu da əlavə edib ki, döyüş sursatı və silahların sürətlə istehsalı zərurəti ilə əlaqədar olaraq münaqişəyə hazırlaşmaq “sənaye bazasına güvənməyi” nəzərdə tutur. O, çağırış hərbi xidmətinə qayıtmağın mümkünlüyünü də açıqlayıb.

Bundan əvvəl Bauer Ukraynadakı münaqişənin dalana dirəndiyini. Eyni zamanda o, NATO-nun Kiyevə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru